Yuxarı

Afrində Türkiyəni bu təhlükə gözləyirdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:30

Afrinin şimal-qərbində yerləşən Cuvey kəndində terrorçulara məxsus gizli silah anbarı tapılıb.

Axar.az xəbər verir ki, YPG-PKK terror qruplaşması türk ordusunun artilleriya və aviazərbələrindən qorunmaq üçün silah anbarını tunel formasında yerin altında inşa edib.

Üzəri torpaqla gizlədilmiş silah anbarı 150 metr uzunluğunda və 12 otaqdan ibarətdir. Anbarda ABŞ və Rusiya istehsalı olan minlərlə hava hücumundan müdafiə raketləri, pulemyot mərmiləri, tank əleyhinə raketlər, top mərmiləri, çoxmənzilli raketlər, tank ləvazimatı və TOV raketi ələ keçirilib.

Hərbi mənbələr nəhəng ölçüdəki silah anbarının terror qruplaşmasının genişmiqyaslı bir transfer əməliyyatına hazırlaşdığından xəbər verdiyini bildirib. TSQ bu ölçülərdə bir silah anbarını rahatlıqla məhv edə biləcək imkanlara sahib olsa da, mülki vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bunu həyata keçirməyib.

Afrinin Tərəf kəndində isə terror qruplaşmasının siyasi təlimlər keçdiyi bildirilən düşərgə ələ keçirilib. 3 mərtəbəli, bağça və hovuza sahib binada terror qruplaşmasının lideri Abdullah Öcalana aid kitablarla yanaşı, çox sayda sənəd və təbliğat vasitələri aşkar edilib.

Qeyd edək ki, Afrinin mərkəzi ötən gün TSQ və ASO hücumları nəticəsində azad edilib.

Tarix
2018.03.19 / 13:36
Müəllif
Aqşin, Orxan
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla