Yuxarı

Doğan Qrupun rəhbəri vidalaşdı: 40 ildir ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 80 yaşımı geridə qoydum. Öz istəyimlə jurnalistikadakı fəaliyyətimə nöqtə qoyuram.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Doğan Media Qrupunun rəhbəri Aydın Doğan deyib. Öz media holdinqini Ərdoğan Dəmirörənə satan Aydın Doğan holdinqin yaranma tarixindən danışaraq izləyiciləri ilə vidalaşıb:

“Bundan 59 il əvvəl İstanbula gəldim və 23 yaşımda təkbaşına iş həyatıma başladım. Şişli vergi idarəsində qediyyata düşdüm. "Doğan Qrupu"nun təməlini o zaman qoydum. Türkiyə media tarixində ilk dəfə xarici media ilə əlaqə qurduq və ölkəmizə xaricdən sərmayə gəlməsinə şərait yaratdıq. Bu gün müxtəlif sektorda uğurla fəaliyyət göstərən şirkətimiz Türkiyə iqtisadiyyatında önəmli rol oynayıb. 1979-cu ildə media sektoruna yazılı media ilə gəldim. 40 il ərzində tək Türkiyədə deyil, Avropada da önəmli media qruplarından biri olduq. Dövlətimizin və millətimizin haqqını və hüququnu qorumağa çalışmışıq. Doğan Media Qrupunda çalışan, yaxşı və pis vaxtlarımızda yanımızda olan dostlara təşəkkür edirəm. Ən böyük təşəkkür isə illərdir bizi izləyən tamaşaçılara və oxucularımıza düşür. Bu günə qədər bizi yaşadan onların dəstəyi olub”.

Qeyd edək ki, Aydın Doğan tərkibində "Posta", "Hürriyyət", "Fanatik" qəzetləri, "CNN Türk", "Kanal D" televiziyaları olan Doğan Media Qrupunu 1,2 milyard dollara “Dəmirörən Qrupu”na satıb. O, 2011-ci ildə də Dəmirörənlərə "Vətən" və "Milliyyət" qəzetlərini satmışdı.

Tarix
2018.03.22 / 22:14
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla