Yuxarı

“Zeytun budağı”nda yeni mərhələ: YPG Afrindən niyə qaçdı?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasındakı diplomatik təmasların genişlənməsi YPG-PKK terrorçularının Afrindən qaçış prosesini sürətləndirib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” yazıb.

Məlumata görə, əməliyyatın əsas uğuru onun yalnız müəyyən istiqamətlər üzrə deyil, bütün Afrində aparılması olub. Belə ki, qüvvələrini müxtəlif cəbhələrə bölərək müqavimət göstərməyə məcbur olan terrorçular türk ordusunun ardıcıl zərbələri qarşısında müqavimət göstərə bilməyib. “Zeytun budağı” əməliyyatının uzanmasının səbəbi isə türk ordusunun sivil həssaslığı olub. Hələ TSQ və ASO-nun Afrinə girməsindən 3 gün əvvəl şəhər mərkəzi istiqamətində terrorçu liderlərin toplaşdığı bölgəyə aviazərbələr planlaşdırılsa da, mülki vətəndaşların zərər görməməsi üçün əməliyyat təxirə salınıb.

“Zeytun budağı” əməliyyatında bundan sonra yeni dövr - “yavaşlama” başlayacaq. Türkiyənin Menbiç istiqamətində əməliyyat təşkil etməsi məsələsi isə ABŞ-ın yeni dövlət katibi ilə təmaslar qurulduqdan sonra müzakirə mövzusu olacaq.

Tarix
2018.03.23 / 11:10
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla