Yuxarı

Qiyamət orada qopacaq: Türkiyə ilə bağlı yarımçıq qalan plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrin əməliyyatı bir başlanğıcdır. Türkiyə bu əməliyyatla Aralıq dənizi dəhlizini bağlamış oldu, amma dəhlizin digər hissəsi qalır.

Publika.az xəbər verir ki, bunu Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” hərəkatını şərh edən Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı, siyasi şərhçi İbrahim Karagül nəşrin internet saytında yayımlanan “Sosial şərh” proqramında bildirib.

“Qorxumuz bu idi ki, Aralıq dənizindən Türkiyənin İran sərhədinə qədər cənub sərhədlərimiz bağlanırdı. Bu, xarici dövlətlərin nəzarətindəki İŞİD və PKK terror təşkilatları tərəfindən edilirdi. Bu, bir coğrafi dizayn idi. Türkiyə ilə ərəb-islam dünyası arasında bir tampon bölgəni qururdular. Coğrafiya ilə təmasımızı bağlamağa çalışdılar. Bu bölgənin parçalanması üçün edilən təşəbbüslər regional həmrəyliklə sabotaj edilə bilər. Bu həmrəyliyin qarşısını almaq üçün Türkiyənin bölgə ilə əlaqəsini kəsmək istədilər. Aralıq dənizindən başladılar və İrana qədər bir tampon bölgə qurdular. Biz 5 min TIR silahdan danışırıq, amma məlum olmayan silahlar da var”, - o deyib.

Siyasi şərhçi 2003-cü ildə İraqın işğalı zamanı Türkiyə ilə ABŞ arasında ciddi danışıqların olduğunu xatırladıb:

“ABŞ Türkiyə üzərindən İraqa girə bilmədi. Qətər və cənubdan girdilər. Orada bizdən nə istədilər? İraq sərhədindən Aralıq dənizinə qədər Türkiyənin torpaqlarından dəhliz istəmişdilər. Bu əsgərlər yalnız İraqın deyil, eyni zamanda Türkiyənin torpaqlarında yerləşəcək və bir daha çıxmayacaqdı. İndiki dəhliz əslində bu layihənin davamıdır”.

Afrindəki “Zeytun budağı” hərəkatını bir başlanğıc adlandıran İbrahim Karagül Türkiyənin Qəndilə qədər getmək məcburiyyətində olduğunu bildirib.

“Biz bu qurşağı aradan qaldırmaq məcburiyyətindəyik. Coğrafiyada tək qaldığımız zaman zəifləyərik və bizi məhv edərlər. Türkiyə min ildir bu coğrafiyanın gücündən istifadə edir”.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının PKK-ya dəstək verdiyini deyən şərhçi hesab edir ki, Afrinin azad edilməsi əslində bu iki dövlətin rəhbərliyinə verilmiş bir mesajdır.

“Menbiçin bir problem olduğunu düşünmürəm, lakin Fəratın şərqində qiyamət qopacaq. Amma Türkiyə əsla tərəddüd etməyəcək”, - o vurğulayıb.

Tarix
2018.03.24 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla