Yuxarı

Putinin Krımla bağlı etirafı: Ukrayna torpağıdır – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Krımla bağlı etirafı: Ukrayna torpağıdır – Video

Rusiya Prezidenti Vladimir Putinin Krıma həsr olunmuş çıxışlarından ibarət video-çarx sosial şəbəkələrdə rus və ukraynalı istifadəçilər arasında qarşıdurmaya səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə videonu “Krım reallıqları” saytının jurnalistləri hazırlayıb.

Videoda Rusiya Prezidenti Vladimir Putinin Krımla bağlı çıxışları zamanı yarımadanın Ukraynaya məxsus olması, ərazinin mübahisəli bölgə olmadığını etiraf etməsi və hər hansı bir hərbi konfliktə hazırlaşmadığı barədə açıqlamalarına yer verilib. Nəşrin jurnalistləri Putinin 10 il ərzində fəaliyyəti ilə ziddiyət təşkil edən açıqlamalarını ictimaiyyətə təqdim ediblər.

2008-ci ildə Putin Qərb jurnalistlərinə sübut edib ki, Krım şübhəsiz olaraq Ukrayna torpağıdır.

“Krım mübahisəli ərazi deyil, orada heç bir etnik qarşıdurma yoxdur. Rusiya Ukraynanın bugünki ərazisini çoxdan tanıyıb”, - Putin bildirib.

2013-cü ilin qışında isə Putin rus hərbi kontingentinin Ukraynaya məxsus yarımadayaya yeridilməsi imkanlarını təkzib edib:

“Hüquq bərabərliyi uğrunda mübarizə aparmağa davam edəcəyik. Bu bütün dövlətlərə aiddir. Bu o demək deyil ki, biz ordularımızı yeritməyə hazırlaşırıq. Bu, tamamilə cəfəngiyatdır. Belə bir şey yoxdur və ola da bilməz”.

Qeyd edək ki, 2014-cü ildə Putin yarımadaya hərbi qüvvələrin yeridilməsi barədə qərar qəbul edib.

Tarix
2018.04.01 / 14:52
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Bayramov Kiyevdə Ukrayna PUA-larına baxdı - Foto

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla