Diqqət: Uşaqlarınızın fotolarını paylaşmayın!
02:18
Ana səhifə Planet |
Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Sevastopolun "Belbek" aerodromuna enib.
Axar.az xəbər verir ki, bu barədə "Vesti" telekanalı aeroportdakı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, dünən gecədən şəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sevastopol və bir neçə rayonda yalnız avtobus və trolleybuslar hərəkət edir.
Rusiya Təhlükəsizlik Şurasının iclasından əvvəl Putinin Sevastopolun bir neçə sənaye mərkəzində olacağı, yerli liman və xəstəxanaya baş çəkəcəyi bildirilib. Rusiya prezidentinin yerli ictimai xadimlərlə də görüşü planlaşdırılır.
Tarix
2014.08.13 / 17:30
|
Müəllif
Anar Əhmədov
|