Yuxarı

Hökumət danışıqları dayandırdı - Paşinyan xalqa çağırış etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018.04.24. 23:13

Müxalif lider Nikol Paşinyan və baş nazir səlahiyyətlərinin icraçısı Karen Karapetyan arasında 25 aprelə təyin edilən danışıqlar ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan yayıb.

O bildirib ki, danışıqların nə vaxt baş tutacağı bilinmir.

Avinyan erməni mediasına açıqlamasında bildirib ki, Paşinyan danışıqların elan edildiyi istiqamətdə getməsini tələb edir:

“Yəni hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi. Həmçinin Respublika Partiyasından heç kim müvəqqəti hökumətə rəhbərlik edə bilməz.

Respublika Partiyası isə məsələnin bu cü qoyuluşuna qarşıdır”.

Qeyd edək ki, bundan öncə N.Paşinyan Respublika Partiyasının heç bir üzvünün baş nazir ola bilməyəcəyini bildirmişdi.

***

Tiqran Avinyan 25 aprel saat 19:00-a Respublika meydanında mitinq təyin edildiyini açıqlayıb.

***

Biz imkan verə bilmərik ki, Respublika Partiyası (RP) öz liderini qurban verərək, hakimiyyətini qoruyub saxlasın.

Bu sözləri müxalifət lideri Nikol Paşinyan hökumətlə danışıqların ləğvindən sonra sosial şəbəkədən etdiyi video-müraciətində bildirib.

Onun sözlərinə görə, Respublika Partiyası ilə danışıqların davam etdirilməsi planlaşdırılmışdı. “Bu gün baş nazir əvəzinə, parlament sədrinə və RP-nın parlament fraksiyasının rəhbərini 3+3 formatında görüş təklif etdim. Təklifdə bildirdim ki, danışıqlar jurnalistlərin iştirakı ilə və bizim 4 tələbimiz ətrafında aparılsın”, - Paşinyan bildirib.

Yalnız bir tələblərinin – Sərkisyanın istefası – yerinə yetirildiyini bildirən N.Paşinyan qeyd edib ki, Respublika Partiyası Sərkisyanın istefaya getməsi ilə hakimiyyəti qoruyub saxlayacağını düşünür:

“Məsələ Sərkisyanın şəxsiyyətində deyil. Biz imkan verə bilmərik ki, RP-nin namizədi baş nazir olsun. RP hakimiyyətdə qala bilməz. Xalq qalib gəlib və bu qələbə möhkəmlənməlidir”.

Paşinyan sonda xalqa çağırış edib:

“Xalqı vətəndaş itaətsizliyinə çağırıram. Respublika meydanında 11:00-da toplaşaq. Hərəkatda iştirak edən şəxslərdən heç biri razı olmaz ki, başladığımız iş axıra çatmasın. Bizə daha bir həftə lazımdır ki, qələbəmizi bərkidək”.

Beləliklə, bundan öncə deyildiyi kimi, 25 aprel mitinqi 19:00-da deyil, 11:00-dan başlayacaq.

Tarix
2018.04.25 / 00:53
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla