Yuxarı

İstanbulda azərbaycanlıların toplaşdığı kafeyə hücum oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda azərbaycanlıların toplaşdığı kafeyə hücum oldu

Türkiyənin İstanbul şəhərində azərbaycanlıların toplaşdığı kafe hücuma məruz qalıb.

Hadisə avqust ayının 16-da Başakşəhər rayonunda baş verib. Naməlum silahlı kafeyə yaxınlaşaraq pəncərədən içəri atəş açmağa başlayıb. Hücum zamanı 11 nəfər yaralanıb. Yaralılar arasında azərbaycanlıların olub-olmadığı hələlik məlum deyil.

İhlas xəbər agentliyi hadisə anı təhlükəsizlik kameralarına düşən görüntüləri yayımlayıb. Kadrlarda silahlının kafeyə atəş açdıqdan sonra hadisə yerindən qaçdığı əks olunur. Şahidlərdən biri hadisə anını beə təsəvvür edib.

Kafenin çayçısı Cevdet Tayfun deyir ki, "Mən çöldə idim. Arxamı çevirəndə pəncərədən atəş açmağa başladı. Mən söyüş söyərək ona daş atdım və arxasınca qaçdım. Küçənin tinində mənə də atəş aşmaq istədi, lakin silah açılmadı. Bu, fərdi olaraq mənə və ya burada olan kiməsə qarşı edilmiş bir hücum deyil. Bu, ictimai bir hadisədir. Bu məsələyə diqqət yetirilməsini istəyirəm. Həqiqətən də, qrup halında bir yerdə toplaşa bilmirik. Mən bu kafeni yenidən açsam da heç kim bura gəlməz. Daha əvvəllər də hədələrlə qarşılaşmışıq".

Faktla bağlı istintaq araşdırması başladılıb.

ANS

Tarix
2014.08.19 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla