Yuxarı

Donbasda öldürülən rus hərbçilərinin sayı açıqlandı - Siyahı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Stavropol vilayətinin Əsgər Anaları Komitəsi Ukraynada öldürülən və yaralanan rus əsgərlərinin siyahısını tərtib edib.

Axar.az xəbər verir ki, bu barədə "Dojd" kanalına komitə rəhbəri Lyudmila Boqatenkova açıqlama verib.

"Məndə 400 nəfərlik siyahı var. Oraya ölən və yaralananlar daxildir", - Boqatenkova deyib.

Siyahı silahlı qüvvələrdəki müxtəlif mənbələrinin verdiyi məlumatlar əsasında tərtib olunub. Orada Vladiqafqazdan, Şumlendən, Şalindən, Borzoydan olanlar var.

Ölən və yaralanan hərbçilərin xidmət etdikləri hərbi hissələrin də adları açıqlanıb; Suvorov ordenli 19-cu moto-atıcı Voronej-Şumlen (Vladiqafqaz- Şimali Osetiya), Şalidə yerləşən 17-ci moto-atıcı qvardiya briqadası və Şatoyda yerləşən 8-ci əlahiddə moto-atıcı qvardiya briqadası (hər ikisi Çeçenistanda yerləşir).

Boqatenkovanın sözlərinə görə, bundan başqa Rusiyanın digər hərbi hissələrində qulluq edən hərbçilərin də siyahısı var. Ölən və yaralananların siyahısı tam deyil və daim yenilənir.

Tarix
2014.08.28 / 10:34
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla