Yuxarı

Prezidentin qeyri-adi təyyarəsi hazır oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti R.T.Ərdoğan üçün 2 il yarım əvvəl sifariş olunan və ABŞ-dakı modifikasiya işləri tamamlanan "Airbus (Eəbas) 330-200" tipli təyyarə İstanbula gəlib.

Axar.az xəbər verir ki, Baş nazir üçün alınan təyyarəyə Fateh Sultan Məhmətə hörmət əlaməti olaraq "Fateh" adı veriləcək.

2 motorlu "A330" tipli təyyarə yanacaq istifadə etmədən 11 min kilometr havada qala bilir. Belə desək, Türkiyədən Amerikaya dayanmadan uça bilir. Baş nazir Ərdoğan üçün Türkiyəyə gətirilən və "Prezidentlərin seçdiyi təyyarə" kimi tanınan "Airbus A330" gələn aydan istifadə ediləcək.

2 il yarım bundan əvvəl sifariş edilmişdi

Baş nazirlik üçün əsas təyyarə yetərli hesab olunmadığı üçün 2 il yarım bundan əvvəl bu reaktiv təyyarə sifariş edilib. Baş nazirin istifadəsinə veriləcək təyyarənin baxımını Türk Hava Yolları həyata keçirəcək.

Təyyarənin iç dizaynı Ərdoğanın təklifi və arzuları əsasında xüsusi olaraq hazırlanıb. Təyyarədə geniş "qonaq otağı"nın yanında Baş nazir üçün iş və yataq otağı da var.

Təyyarədə raket əleyhinə müdafiə qurğusu

"Airbus A330"ların VİP növləri ən çox 50 kreslolu olaraq istehsal olunur. Ancaq Ərdoğan üçün alınan bu təyyarə qələbəlik heyətləri nəzərə alaraq 90 nəfərlik hazırlanıb. Kabelsiz internet şəbəkəsi olan təyyarə eyni zamanda müdafiə sisteminə də sahibdir. Hər hansı hücuma qarşı təyyarəyə raket əleyhinə müdafiə qurğusu quraşdırılıb.

Satış qiyməti 200 milyon dollar olan bu təyyarələrin VİP dizaynı ilə birlikdə qiyməti 300 milyon dollara qədər çıxır. THY-nin "Airbus" ilə olan xüsusi müqaviləsinə əsasən və vergidən azad olması ilə əlaqədar olaraq bu xərcin Türkiyə üçün 120 milyon dollar olacağı deyilir.

Tarix
2014.08.29 / 12:00
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla