Yuxarı

İŞİD öz komandirini edam etdi – İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatının yüksək vəzifəli komandirlərindən biri olan Mərakeş əsilli Hollandiya vətəndaşı Abu Ubeydə Almagribini İngilis kəşfiyyatı Mİ6-ya işlədiyi üçün edam etdiyi iddia edilib.

Axar.az xəbər verir ki, Mərakeş xəbər agentliyi "Alyoum24" mövzu ilə əlaqədar bu sözləri deyib: "Keçmişdə Suriyanın Hələb şəhərində İŞİD-in kəşfiyyat şefi olaraq işləyən Mərakeş əsilli Abu Ubeydə Almagribi İŞİD-in planları, fəaliyyətləri və hərəkətləri barədə İngiltərəyə məlumat sızdırdığı üçün başı kəsilərək edam edilib".

İngilis "Deili Meil" qəzetinin xəbərinə görə, ABŞ-lı jurnalist Ceyms Foleyin İŞİD tərəfindən Raqqa şəhərində edam edilməsindən bir gün sonra öldürüldüyü bildirilən Almagribinin keçmişdə Foley və digər qərbli girovların saxlanıldığı bir həbsxananın təhlükəsizlik şefliyini etdiyi də iddia edilib.

İngiltərə Xarici İşlər Nazirliyi Mərakeş və İordaniya mediasında geniş şəkildə dərc edilən iddialarla əlaqədar açıqlama verməyib. Təhlükəsizlik xidmətlərindən "Deili Meil"ə verilən açıqlamada isə belə deyilib: "Terror təşkilatları öz aralarından kimisə götürmək istəyəndə hansısa xarici agentliyə işləyir iddialarından tez-tez istifadə edirlər".

Tarix
2014.08.31 / 18:40
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla