Yuxarı

Polşalı döyüşçüdən ruslara: ”Gəlin, güllə qonaqlığı verəcəm” – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşalı döyüşçüdən ruslara: ”Gəlin, güllə qonaqlığı verəcəm” – Video

Tomaş Maçinski adlı polşalı könüllü Rusiya Müdafiə naziri Sergey Şoyquya görə Polşanı raket zərbələri ilə hədələyən "Matarolla" ləqəbli məşhur rusiyalı terrorçu Arsen Pavlova sərt cavab verib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o bunun üçün xüsusi çarx hazırlayıb və müraciətini sosial şəbəkələrdə paylaşıb.

Maçinski çıxışında Ukrayna, Polşa və Belarusun qardaş ölkələr olduğunu və separatçıların yaxın vaxtlarda cavabının veriləcəyini dilə gətirib. Daha sonra o, Donbas vilayətinin Ukraynanın tarixi torpaqları olduğunu xatırladıb. Onun Matarollaya ən ağır və sərt cavabı isə, bütün separatçıları "güllə qonaqlığına" dəvət etməsi olub.

Qeyd edək ki, Maçınski sonda cibindən Rusiyanın dövlət bayrağının rənglərini əks etdirən bağı çıxararaq yandırıb və qələbənin Ukraynanın yanında olduğunu vurğulayıb.

Xatırladaq ki, Polşa bir neçə gün bundan öncə Slovakiyadan tədbirdən dönən Rusiya Müdafiə naziri Sergey Şoyquya hava məkanından istifadəyə qadağa qoymuşdu. Yalnız ikinci cəhddə və təyyarə bortunun statusunun dəyişdirilməsindən sonra nazirə uçuşa icazə verilmişdi. Məsələyə kəskin reaksiya verən Rusiya Xarici İşlər Nazirliyi bu insidenti belə qoymayacaqlarını açıqlamışdı. Rusiyalı terrorçu Arsen Pavlov (Matarolla) isə bir qədər də irəli gedərək, nazirə görə Polşanı raket zərbələri ilə hədələmişdi.

Tarix
2014.09.02 / 19:35
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla