Yuxarı

Putin 7 maddəlik "sabitlik planı"nı açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin 7 maddəlik "sabitlik planı"nı açıqladı

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqində yaşanan böhranın həllinə dair 7 maddəlik "sabitlik planı"nı açıqlayıb.

Axar.az xəbər verir ki, Putin Monqolustan səfərinin sonunda Ulanbator hava limanında Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefon danışığı barədə danışıb.

Poroşenko ilə böhranın həlli məsələsində həmfikir olduqlarını bildirən Putin şərqdə sabitliyin təmini üçün ilk növbədə ordu ilə separatçıların qarşılıqlı əməliyyatları sonlandırmalarının lazım olduğunu müdafiə edib. İkinci təklifində Putin ordu birliklərinin yaşayış yerlərinə müəyyən məsafədə yerləşdirilməli olduğunu söyləyib.

Üçüncü mərhələdə atəşkəsin şərtləri üzərində tam və obyektiv beynəlxalq müşahidənin yaradılması lazım olduğunu qeyd edən Putin, dördüncü maddənin vətəndaşların yaşadığı bölgələrdə hava əməliyyatlarının dayandırılması olduğunu vurğulayıb.

Putin girovların heç bir şərt irəli sürülmədən sərbəst buraxılmalı olduğunu və humanitar yardımlara şərait yaratmağın vacib olduğunu deyib.

Rusiya lideri planın son maddəsinin Ukraynanın şərqində, qarşıdurmaların davam etdiyi bölgələrdə vətəndaşların qışa hazırlığına yardım etmək üçün ziyan görən strukturların təmir edilməsi olduğunu qeyd edib.

Tarix
2014.09.03 / 22:14
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla