Yuxarı

Taliban NATO –ya nota verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taliban NATO –ya nota verdi

Taliban təşkilatı NATO sammitinə qatılan liderlərdən Əfqanıstanın işğalına son qoymalarını tələb edib.

Axar.az xəbər verir ki, təşkilat verdiyi açıqlamada Əfqanıstandakı mövcud problemlərin aradan qaldırılması üçün işğalın dayandırılmasını tələb edib.

İnsanın azad yaradıldığı, bu səbəblə də azad yaşamaq haqqına sahib olduğu qeyd olunan şərhdə hərbi əməliyyatlarla məsələnin həll olunmayacağı bildirilib: "Heç bir millət azad bir milləti güc vasitəsi ilə nəzarət altına ala bilməz. Sizin 13 illik işğalınız bizim üçün rüsvayçılıqdır".

Başda ABŞ olmaq üzrə NATO-nun Əfqanıstandakı missiyasında müvəffəqiyyətsiz olduğuna toxunulan şərhdə bunlar qeyd edilib: "Taliban Əfqanıstan xalqının azad iradəsilə mübarizəyə davam edən bir hərəkatdır. Bu səbəblə xalqın dərdini və çətinliklərini ən yaxşı şəkildə anlayacaq da Talibandır. Xarici qüvvələr isə Əfqanıstan xalqının azad iradəsini əllərindən alaraq, hər kəsi aldatmaqla prezident seçkiləri keçirdi. Bu seçkilər əfqan xalqını daha da bataqlığa yuvarladı. NATO zirvəsinə qatılan liderlərdən ölkədəki işğala son verilməsi üçün doğru addımlar atmasını tələb edirik".

Tarix
2014.09.05 / 20:04
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla