Yuxarı

Mərhum prezidentin qardaşı Rusiyaya “tarixən işğalçı” dedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərhum prezidentin qardaşı Rusiyaya “tarixən işğalçı” dedi

"Ədalət və qanun" partiyasının sədri Yaroslav Kaçinski Rusiyanın ünvanına sərt ifadələr işlədərək, bu ölkənin tarixən işğalçı bir dövlət olduğunu dilə gətirib.

Axar.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o bu barədə Polşanın "Super Ekspres" qəzetinə açıqlamasında deyib. Ukrayna gərginliyi və Avropada cərəyan edən son hadisələrə toxunan Kaçinski baş verənlərlə bağlı narahatlığını gizlətməyib:

"Məni təkcə Kiyevin deyil, Varşava və Berlinin də taleyi narahat edir. Fikrimcə, NATO-nun hazırkı sərhədləri Rusiya prezidentinin işğalçı niyyətinin qarşısının alınmasına zəmanət verə bilməz. Ukrayna hadisələrinə olduqca narahatam və hesab edirəm ki, problemin həlli üçün ABŞ daha geniş səy göstərməlidir. Tusk (Polşanın keçmiş Baş nazirini nəzərdə tutur – red.) özündə kişilik tapıb Angela Merkel və Fransua Ollanda ABŞ-ın Avropadan sıxışdırılmasına son qoymağa çağırmalıdır".

Xatırladaq ki, Yaroslav Kaçinski təyyarə qəzasında dünyasını dəyişən Polşa prezidenti Lex Kaçinskinin qardaşıdır.

Tarix
2014.09.05 / 23:07
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla