Yuxarı

“Boko Haram”ın 50 yaraqlısı öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Boko Haram”ın 50 yaraqlısı öldürüldü

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində "Boko Haram" terror təşkilatına qarşı əməliyyat təşkil olunub.

Axar.az xəbər verir ki, ordunun Tvitter sosial şəbəkəsindəki rəsmi hesabında verilən açıqlamada ölkənin şimal-şərqindəki Borno əyalətinin Konduqa şəhərində "Boko Haram" təşkilatı yaraqlılarının saxlandığı yerə təşkil edilən əməliyyatda 50 terroristin öldürüldüyü, bir zabitin, 3 əsgərin yaralandığı qeyd edilib.

Açıqlamada əməliyyat zamanı bir top, 2 zenit raket qurğusu, bir zirehli avtomobil və müxtəlif sursatın ələ keçirildiyi, bəzi təchizat, silah və qida maddələrinin də məhv edildiyi qeyd edilib.

Digər tərəfdən Nigeriyanın şərqindəki Adamaua əyalətinin Kolak şəhərinin də "Boko Haram" təşkilatının nəzarətinə keçdiyi bildirilib.

Hökumət sözçüsü Liman Tukar yazılı açıqlama verərək belə deyib: "Üsyançıların indi Kolakda olduqlarını, onlarla insanı öldürdüklərini və çoxlu adamı evsiz qoyduqlarını öyrəndik".

Xatırladaq ki, Borno əyalətindəki Quaoza,Yobe əyalətində Buni Yadi və Adamaua əyalətində Madaqali şəhərləri "Boko Haram"ın nəzarətindədir.

Tarix
2014.09.07 / 18:22
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla