Yuxarı

“Qərb Rusiyaya qarşı genişmiqyaslı hazırlıqlara başlayıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qərb Rusiyaya qarşı genişmiqyaslı hazırlıqlara başlayıb”

"Bu, postsovet məkanı ölkələrində nə qədər başa düşülsə, bir o qədər onlar üçün yaxşı olacaq".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

O, Uels sammitinin həqiqətən tarixi əhəmiyyət daşıdığını bildirib:

"Xatırlayırsınızsa, NATO-nun əksər sammitləri zamanı kifayət qədər yüksək tarixi əhəmiyyət daşıyacağı ilə bağlı fikirlər səslənirdi. Amma bunun Uels sammitinə heç bir aidiyyəti yoxdur. O, həqiqətən tarixi əhəmiyyət daşıyır. Əgər buradakı bütün çıxışlara diqqət etsək, görmüş olarıq ki, burada dünyanın aparıcı ölkələri Rusiyaya qarşı müharibə üçün genişmiqyaslı hazırlıqlara başlayıblar. Bu, postsovet məkanı ölkələrində nə qədər tez başa düşülsə, bir o qədər onlar üçün yaxşı olacaq. Amma dünya xəritəsinin dəyişməsi sammitdən dərhal sonra baş verməyəcək. Bu, müəyyən müddətdən sonra dünya müxtəlif yerlərində özünü büruzə verməyə başlayacaq. ABŞ və NATO dolayısı yolla Minsk danışıqlarından asılı şəkildə Ukraynada başlamış müharibəni artıq öz müharibələri hesab edirlər. Məhz bu da onlara xəritəni yenidən formalaşdırmaqda kömək edəcək. Ukraynaya yüksək dəqiqliyə malik olan silahların ötürülməsi artıq bu prosesin başlanmasından xəbər verir və o, təkcə Ukraynaya toxunmayacaq. NATO üçün partizanların Donbasa qədər gəlib-gəlməməsi elə bir önəm kəsb etmir. Bu partizanların özü və Rusiya üçün önəmlidir. ABŞ artıq Uels sammitində bütün günahları Moskvanın üzərinə atıb. İndi yalnız baş verəcəkləri gözləmək lazımdır".

Tarix
2014.09.08 / 20:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla