Yuxarı

Polisin kağızında Ərdoğan haqda nə yazılmışdı - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisin kağızında Ərdoğan haqda nə yazılmışdı - Şok

Türkiyənin Baş naziri Ərdoğan 12 sentyabr referendumundan əvvəl təşkil olunan Milli Təhlükəsizlik Komitəsinin (MTK) toplantısında Hərbi-Polis Baş Komandanı Şənər Əruyğuru acıladığı ortaya çıxıb.

Daha əvvəl xəbər verdiyimiz kimi, "Tərəf" qəzetinin Fətullah Gülən qrupunun fəaliyyətinin qarşısının alınması qərarının Milli Təhlükəsizlik Komitəsində (MTK) alındı" başlıqlı xəbəri ilə birlikdə yayımlanan 2004-cü il MTK ilə əlaqəli sənədlər böyük rezonans doğurub.

Hökumətlə dini çevrələr arasındakı mədrəsələr mübahisəsindən doğan gərginlik Ərdoğan və Abdullah Gülün də imzasının olduğu sənədin yayılması ilə tamam başqa məcraya yönəlib. 12 sentyabr referendumundan əvvəl təşkil olunan MTK toplantısında Hərbi-Polis Baş Komandanı Şənər Əruyğuru sərt şəkildə acıladığı ortaya çıxıb.

Cibindən kağız çıxarıb, oxumağa başladı

Hərbi-Polis Baş Komandanı Şənər Əruyğurun qatıldığı sonuncu MTK toplantısı olub. O vaxtkı prezident Əhməd Necdət Sezər tərəfindən Əruyğura söz verilib. Hamı Şənər Əruyğurun salamlama və vida nitq ilə çıxış edəcəyini gözlədiyi vaxt o, cibindən kağız çıxararaq oxumağa başlayır:

Kağızda iqtidarın köhnəfikirlilər və manqurtlarla necə dost olduğu, dindar çevrələrə necə qol-qanad verdiyi, irticanın bu hökumətin vaxtında necə kök saldığı kimi ifadələr yazılmışdı. Şənər Əruyğurun bu nitqi salonda sədalanan "kəs lan!" nidasıyla kəsilib. Bu qışqırığın sahibi Ərdoğan olub.

Tarix
2013.11.29 / 16:40
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla