Yuxarı

Putin: “Ukrayna girovdur” - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynada yaranmış vəziyyətə görə ABŞ və Qərbin ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Axar.az xəbər verir ki, Düşənbədə təşkil olunan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində danışan Putin Qərbin Ukraynada sülhü istəmədiyini deyib:

"Ukrayna beynəlxalq əlaqələrin sarsılmasında girov kimi istifadə edilir. Beləcə, ABŞ öz ətrafındakı qrupları xarici təhdidlərlə qorxudaraq NATO çərçivəsində bir araya gətirir. NATO hərbi təşkilatdan çox, ABŞ xarici siyasətinə xidmət vasitəsi kimi istifadə edilir".

Ukraynada qəbul olunan sülh planının problemin siyasi həlli baxımından əhəmiyyətli bir fürsət olduğunu deyən Putin sanksiyaları anlamadığını dilə gətirib:

"Mənim düşüncəmə görə, ən azı müvəqqəti bir vəziyyət olsa da, böhranın siyasi həlli üçün fürsət meydana gəlib. Mən bu sanksiya addımlarını anlamıram. Bəziləri bəlkə prosesin sülh yoluna doğru irəliləməsindən məmnun deyil?"

Rusiyanın sanksiyalara necə cavab verəcəyi ilə əlaqədar suala cavab verən Putin hökumətin atacağı addımların Rusiya iqtisadiyyatından asılı olacağını bildirib.

Tarix
2014.09.13 / 13:52
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla