Yuxarı

34 alman tankı Ukraynada: Rusiya təlaş içində - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
34 alman tankı Ukraynada: Rusiya təlaş içində - Foto

NATO hərbi təlimlərə hazırlaşır.

Musavat.com xəbər verir ki, zirehli texnika Polşa-Ukrayna sərhədini keçib. Agentlik bəzi bloqçulara istinadən bildirir ki, sonra 34 ədəd "Liopard" markalı alman tankı Ukraynanın şərqinə doğru hərəkət edib. Həmin tankları Lvovda video-lentə alıblar. Ancaq tank karvanının dəqiq haraya getməsi haqqında əsaslı bilgilər yoxdur.

Rusiya agentliyi xatırladır ki, sentyabrın 15-də Ukraynada NATO-nun hərbi təlimləri keçiriləcək. Həmin tədbirdə 15 ölkənin iştirak edəcəyi gözlənilir.

Rusiya mediası narahatlıqla bildirir ki, ağır texnika hərbi təlimlərin keçiriləcəyi yerdən xeyli fərqli istiqamətdə irəliləyib.

Xəbərdə o da vurğulanır ki, əvvəl də hərbi texnikanın səhv yola burulması faktı qeydə alınıb. Belə ki, NATO-nun helikopterləri Latviya ilə Polşa arasındakı ərazidə yerləşən kiçik polyak kəndinin üzərindən uçublar. Bundan qorxuya düşən kənd sakinləri şok yaşayıb.

Rusiya Xarici İşlər Nazirliyi isə bildirib ki, Ukraynada NATO təlimlərinin keçirilməsi Minsk danışıqlarında əldə olunmuş nəticələri şübhə altına ala bilər.

Tarix
2014.09.13 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

Gəmidən sağ çıxan azərbaycanlı: Xilas edə bilmədik - Video

Trampın İranla bağlı qərarı düzgündür - Putin

"Azərsun Holdinq" ətraf mühit tədbirini dəstəklədi

Paşinyan 3 “Ermənistan”a qarşı: nələr gözlənilir?

Prezident onları işdən çıxartdı

Dron hücumunda yaralanan azərbaycanlı danışdı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla