Yuxarı

Türkiyədən ABŞ-a yarım milyardlıq sanksiya...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir.

Report xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib.

"ABŞ Türkiyənin mühüm, amma yeganə olmayan ticarət tərəfdaşıdır. Ankaranın həmişə müxtəlif alternativ bazarlara çıxış imkanı var. ABŞ-dan idxal edilən 22 adda mala görə rüsumları iki dəfə artırdıq, əlavə rüsumların həcmi 533 milyon dollar təşkil edəcək", - nazir vurğulayıb.

R.Pekcan həmçinin yerli şirkətlərin maraqlarını ABŞ-ın ədalətsiz addımlarından qorumağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə bütün addımlara analoji cavab verəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların iki dəfə - müvafiq olaraq, 50% və 20%-ə qədər artırılmasına dair fərman imzalayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq ABŞ istehsalı olan bütün elektron avadanlıqları boykot edib və ABŞ-dan gətirilən bir sıra mallar üzrə rüsumları artırıb.

Tarix
2018.08.15 / 19:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla