Yuxarı

Polşadan cavab: “İki günə Kalininqradı alarıq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polşadan cavab: “İki günə Kalininqradı alarıq"

Polşa kütləvi informasiya vasitələri Rusiya Prezidenti Vladimir Putinin ölkələrinə yönəlik hərbi hədələrinə eyni üslubda cavab veriblər.

Axar.az Censor.net.ua-ya istinadən xəbər verir ki, onlar Polşa ordusunun 48 saat ərzində Rusiyanın Kalininqrad vilayətini ələ keçirmək gücündə oluğunu xatırladıblar.

Qeyd edək ki, media mənsubları bu açıqlamanı Putinin Avropa komissarı Joze Manuel Barossa ilə görüşündə iki sutka ərzində Varşava da daxil olmaqla, 5 NATO ölkəsinin paytaxtını ələ keçirmək əzmində olması barədə bəyanatına cavab olaraq yazıblar. Məsələn, "Dziennik Zbrojny" portalının redaktoru Mariuş Çelma analitik məqaləsində bildirib ki, Rusiya manevr edənə qədər Polşa ordusunun tankları 48 saat ərzində Kalininqrad küçələrində hərəkət edər. Çelma vurğulayıb ki, Polşanın müttəfiqlərinin güclü döyüş qabiliyyətinə malik hərbi bölmələri Kalininqradın 40 km-də mənzillənib. Portal rəhbəri digər nümunələr də gətirərək əlavə edib ki, Kalininqraddakı Rusiya qoşunları yetərincə formalaşmayıb və rəsmi Varşava istənilən an beynəlxalq sulardan özünün xüsusi təyinatlılarını həmin ərazilərə keçirə bilər.

Qeyd edək ki, məqalə sosial şəbəkələrdə ciddi müzakirə obyektinə çevrilib.

Tarix
2014.09.21 / 23:59
Müəllif
Telman Məmmədli
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla