Yuxarı

İŞİD-dən Fransa hökumətinə qanlı mesaj – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD-dən Fransa hökumətinə qanlı mesaj – Video

"Xilafətin əsgərləri" adlı təşkilat tərəfindən qaçırılan Fransa vətəndaşının öldürüldüyü xəbəri yayılıb.

Axar.az xəbər verir ki, Herve Pierre Qordel adlı alpinistin edam görüntülərini yayan təşkilat Qərbi təhdid edib. "Fransa hökumətinə qanlı mesaj" adlı videoda Qordelin başı kəsilərək edam olunduğu əks olunub.

Edamdan əvvəl danışan fransız alpinist 1959-cu ildə Fransada doğulduğunu, 20 sentyabr 2014-cü ildə Əlcəzairə gəldiyini və bazar günündən bəri "Xilafətin əsgərləri" adlı təşkilatın girovu olduğunu bildirib.

Xatırladaq ki, Fransa Xarici İşlər Nazirliyi bir neçə gün öncə Fransa vətəndaşının Əlcəzairin şərqində itkin düşdüyünü açıqlamışdı. Bundan sonra İŞİD-ə bağlı olduğunu açıqlayan və özlərini "Xilafətin Əsgərləri" adlandıran qruplaşma Fransa vətəndaşını qaçırdığını elan etmişdi. "Xilafətin əsgərləri" Fransa vətəndaşının müqabilində Prezident Fransua Ollanddan 24 saat ərzində İŞİD-ə qarşı əməliyyatların dayandırılmasını, əks təqdirdə alpinistin öldürüləcəyi xəbərdarlığını etmişdi.

Fransa Prezidenti Fransua Olland BMT-nin Baş assambleyasının 69-cu sesiyasındakı çıxışında bu qətli təsdiqləyib.

Tarix
2014.09.24 / 22:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla