Yuxarı

Kemeron: “İŞİD-i belə məğlub edə bilməyəcəyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kemeron: “İŞİD-i belə məğlub edə bilməyəcəyik”

İngiltərənin Baş naziri Devid Kemeron İŞİD-ə qarşı təşkil olunan əməliyyalar barədə fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Kemeron yalnız hava hücumları ilə İŞİD-i məhv edə bilməyəcəklərini etiraf edib:
"İŞİD-i yalnız hava hücumları ilə məğlub edə bilmərik. Heç buna çalışmırıq da. Sadəcə olaraq bu, geniş bir strategiyanın tərkib hissəsidir".

İraqda quru qoşunlarına ciddi ehtiyac olduğunu deyən Baş nazir bu qoşunların koalisiyadan deyil, yerli ordu qüvvələrindən təşkil olunacağını deyib:

"İraqda əsgərlərin olması vacibdir. Bu təbii ki, İraq və kürd qoşunları olacaq. Ancaq İŞİD-in olduğu və ola biləcəyi ölkələr üzərinə düşən vəzifəni yerinə yetirmədikcə terrorçuları məhv etmək asan olmayacaq".
Suriyadakı hava əməliyyatlarına İngiltərənin də qoşulma ehtimalının olduğunu bildirən Kemeron qərarın parlamentə çıxarılmasını istisna etməyib:

"Yalnız Suriyada, yaxud İraqda deyil, dünyanın hər hansı bir yerində insan fəlakəti olacağını düşünsəm, parlamentə getmədən bunun qarşısının alınması üçün qərar verərəm".

Kemeron İŞİD-in bu səviyyəyə gəlib çatmasında Suriya Prezidenti Bəşər Əsədi günahlandırıb:

"Suriyada İŞİD-in bu vəziyyətə gəlib çatmasına səbəb olan zalım diktator Əsəd devrilməli, bütün xalqı təmsil edəcək yeni bir hökumət qurulmalıdır. Əsəd həll deyil, problemin bir hissəsidir".

Tarix
2014.09.29 / 01:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla