Yuxarı

İlk dəfə: buz dağlarının əriməsi dəqiqliklə göstəriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer səthində buz dağlarının əriməsini dəqiqliklə öyrənmək üçün kosmosa “IceSat-2” adlı xüsusi peyk buraxıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 1 milyard dollar dəyərində olan və Yerin orbitində min dövrə vuracaq kiçik avtomobil ölçüsündə peyk Arktika və Antarktida üzərində buz səthinə lazer şüaları göndərəcək. Şüaların buz səthinə toxunması vasitəsilə buz dağlarının hündürlüyü və qalınlığı dəqiqliklə ölçüləcək. NASA-nın layihə direktorunun müavini Tom Nyumanın sözlərinə görə, peykin cihazları 1980-ci ildən sonra buzların əriməsi prosesini öyrənəcək. Bu tədqiqat isə qlobal istiləşmə nəticəsində buz dağlarının yox olması və okeanda suyun səviyyəsinin qalxması proseslərinin qarşısını almağa kömək edəcək.

T.Nyuman əlavə edib ki, Qrenlandiya və Antarktidada buz dağlarının əriməsi qlobal dəniz səviyyəsinin hər il bir millimetr qalxmasına səbəb olur. Bundan başqa, son on ildə şimal dənizlərində də buzların 40 faizinin əridiyi bildirilir. Bunları tədqiq etmək üçün NASA 2003-cü ildən bəri təyyarələrdən istifadə edirdi. Lakin bu üsulla geniş ərazini əhatə etmək mümkün olmurdu. Peykin buraxılması buz dağları və qalın buz örtüyü olan bütün əraziləri öyrənməyə imkan verəcək. NASA təmsilçisi vurğulayıb: “IceSat-2” saniyənin yarısı qədər müddətdə buz səthindən 5 min nümunə götürəcək. Bu inanılmaz məlumat axını hər gün davam edəcək”.

NASA-da bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın qlobal istiləşməyə qarşı proqramlara ayrılan vəsaitin kəskin azaldılması sərəncamına baxmayaraq, özəl şirkətlər iqlim dəyişikliyi tədqiqatları üçün peyklərin maliyyələşdirilməsini davam etdirir. Amerikalılarla yanaşı, Avropa Kosmik Agentliyi də tezliklə havaya buraxılan qazların monitorinqini aparmaq üçün kosmosa xüsusi peyk göndərəcək.

Tarix
2018.09.24 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla