Yuxarı

“İnternasional” müəllifinin ad günüdür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İnternasional” müəllifinin ad günüdür

Ötən gün fransız şairi, "İnternasional"ın müəllifi Ejen Potyenin ad günü idi.

O, 4 oktyabr 1816-cı ildə Parisdə dünyaya gəlib. Əmək fəaliyyətinə çox erkən yaşlarından başlayıb. İlk şeirləri 1830-cu il İyul inqilabı zamanı yazılıb. Elə həmin il "Gənc Muza" adlı nəğmələr toplusu nəşr olunub.

Gənc şairin ilk kitabı P.J.Beranje tərəfindən yüksək qiymətləndirilir. 1848-ci il inqilabı Potyenin yaradıcılığına çox böyük təsir göstərir.

Ancaq 1871-ci il Paris Kommunası onun həyat və yaradıcılığında xüsusi mərhələ təşkil edir. Potye Parisin alman qoşunlarından azad edilməsində bilavasitə iştirak edir, milli qvardiya üzvü olur. Bu dövrdə onda inqilabi-materialist yönlü ideyalar baş qaldırır. Kommunanın təşkilatçısı olan Ejen Potye barrikada döyüşlərində öz amalı uğrunda döyüşür. 1871-ci ildə Potye bütün inqilabın beynəlxalq himninə çevrilən "İnternasional"ı yaradır.

Kommuna darmadağın edildikdən sonra Böyük Britaniyaya, bir müddət sonra isə ABŞ-a köçür.

O, Amerikada üç poema yazır: "Fəhlə partiyası", "Paris Kommunası" və "Amerika fəhlələri – Fransa fəhlələrinə".

1880-ci ildə Potye axır ki, Fransaya qayıdır və Fəhlə partyasına daxil olur. 1884-cü ildə "Ağılsız kimdir?" və "Sosial-iqtisadi şeirlər və sosialist inqilabı nəğmələri", 1887-ci ildə isə "İnqilabi nəğmələr" şeirlər toplularını nəşr etdirir. Bu nəşrlərə ən yaxşı şeir və nəğmələr daxil edilib.

Ejen Potye 6 noyabr 1887-ci ildə vəfat edib.

Tarix
2014.10.05 / 00:22
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Səbinə Əliyeva yenidən Ombudsman seçildi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla