Yuxarı

Bərzani: “İŞİD-çilər heyvan daşınan maşınlarda gizlənirlər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərzani: “İŞİD-çilər heyvan daşınan maşınlarda gizlənirlər”

"Onlar artıq heyvan daşınan ikimərtəbəli yük maşınlarında gizlənirlər. Maşının üstünə heyvan yığırlar, altında isə özlərini, silah, sursat və partlayıcılarını gizlədirlər".

Axar.az-ın məlumatına görə, bu sözləri İraq Kürdüstanının başçısı Məsud Bərzaninin qardaşı oğlu, Mahmur və Giver cəbhə komandiri general Sivan Bərzani deyib. S.Bərzani İŞİD qüvvələri haqda danışarkən qeyd edib ki, İraqda terrorçuların sayı 15 mindir və əksəriyyəti iraqlıdır:

"General Bərzani Mahmurdan Mosula qədər olan ən geniş cəbhənin komandirliyini edir. Təxminən 26 kilometrlik sahədə olan cəbhələri gəzən Bərzani İŞİD mənsublarının hərəkətləri və fəaliyyətlərini yaxından təqib edir.

Gördüyümüz kimi, buranın zəmini düzdür. İstədiyimiz zaman 2 saat içində buranı təmizləyərik. Hazırda bütün kürd kəndlərini azad etmək üçün qərar var. Bizim hədəfimiz Kürdüstan sərhədinin hamısını özgürləşdirməkdir. İŞİD bizim olduğumuz bölgəyə gələ bilmir. Kürdüstan sərhədlərində terrorçu olmamalıdır".

Generalın sözlərinə görə, vəhşi bir terror təşkilatı ilə qarşı-qarşıyadırlar: "İçlərində heç insanlıq yox, düşmən adına belə layiq deyillər. Hər kəsin başını kəsirlər, uşaq və qadınları qaçırırlar. İndi isə çox qorxu və çaxnaşma içindədirlər. Peşmərgə ilə döyüşdükləri üçün çox peşman olublar".

Tarix
2014.10.07 / 18:27
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla