Yuxarı

Boko Haramın 11 min adamı məhv etdiyi üzə çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Boko Haramın 11 min adamı məhv etdiyi üzə çıxdı

Yeni hesabata əsasən, Nigeriyanın şimalında Boko Haram qrupunun zorakılıqları nəticəsində 11 min insan həyatını itirib.

Amerikanin sesi məlumat verir ki, hesabat Con Hopkins universitetinin Beynəlxalq Araşdırmalar bölməsinin alimləri tərəfindən hazırlanıb. Tədqiqatçılar Nigeriyada 1998-ci ildən başlayaraq qanlı zorakılıqlar haqda məlumatlardan istifadə ediblər.

Washington Post qəzetində hesabatla bağlı dərc edilən məqalədə tədqiqatçılar Boko Haram qrupunun törətdiyi zorakılıqların dünyada ən qanlı münaqişələrdən biri olduğunu bildirib.

Tədqiqatçılar 2013-cü ilin iyul ayından bu ilə qədər son 12 ay ərzində Nigeriyada yeddi min adamın öldürüldüyünü bildirib. Onların sözlərinə görə, bu, İraq və Əfqanıstanda döyüşlər nəticəsində tələfatlardan qat-qat artıq göstərcidir.

Bu göstəricilərə Boko Haram tərəfindən hücumlar və Nigeriya hərbi qüvvələrinin onlara qarşı hərbi əməliyyatları nəticəsində tələfatlar daxil edilir. İnsan haqları qrupları Nigeriya hərbi qüvvələrini militanatların qarşısını almaq üçün ağır silahlardan istifadə etməkdə günahlandırır.

Tədqiqatçılar 1998-ci ildən etibarən Nigeriyada etnik, dini, siyasi və iqtisadi zəmində zorakılıqlar nəticəsində ümumilikdə 3o min insanın həyatını itirdiyini bildirib.

Tarix
2014.10.07 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla