Yuxarı

Oskanyanın ölkədən çıxışına qadağa qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ölkəni tərk etməsinə qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Oskanyan həbs edilmiş biznesmen Samvel Mayrapetyanla əlaqələrdə ittiham edilir:

“Oskanyan hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Mayrapetyanın həbsindən bir neçə gün sonra Oskanyan Ermənistandan getməyə cəhd etsə də, ona maneə yaradılıb.

Belə ki, 2008-ci ildə erməni sahibkar Silva Ambartsumyan Mayrapetyana böyük məbləğdə pul verib. Bu pulun bir hissəsinə bina tikilib, digər hissəsi isə Ermənistana Oskanyanın dəvətiylə gələn ərəblərə verilib. Oskanyana ərəblərin gəlişi qarşılığında İrəvanın mərkəzində bir neçə mənzil bağışlanıb”.

Qeyd edək ki, Mayrapetyanın Ermənistanın “H2” kanalının rəhbəridir. O, oktyabrın 7-də həbs edilib.

Həm Mayrapetyan, həm də Oskanyan Robert Köçəryanın yaxın adamlarından hesab edilir. Oskanyan 2016-cı il parlament seçkisinə Köçəryanın dəstəyi ilə qatılmışdı, amma heç bir uğur qazana bilməmişdi.

Tarix
2018.10.18 / 11:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla