Yuxarı

ABŞ-dan Ər-Riyada şok: Ən əxlaqsız hökumət…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatı və Nümayəndələr Palatasının üzvləri səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Ər-Riyadın verdiyi açıqlamanın kifayət etmədiyini və bu ölkəyə daha kəskin reaksiya verilməli olduğunu bildiriblər.

Axar.az xəbər verir ki, Respublikaçılar Partiyasından olan senator Ben Sasse CNN televiziyasında çıxışı zamanı Qaşıqçının öldürülməsinə reakiya olaraq ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırmasını tələb edib.

“ABŞ silah satışını mənfəət xatirinə deyil, ölkənin dəyərlərinə inanan fərqli dövlətlərlə ittifaq qurmaq üçün həyata keçirir. Səudiyyəlilərin açıqlamalı olduqları çox şey var. Səudiyyə Ərəbistanına silah satışının qadağan edilməsi də daxil olmaqla, bütün seçimlər masada olmalıdır. Onların məsələni ört-basdır eləmək üçün ortaya qoyduğu hekayələr qarmaqarışıqdır. Səhvən baş tutan bir dava üçün yanınızda sümükdoğrayan mişar gətirməzsiniz”, - senator bildirib.

Nümayəndələr Palatasının Nyu Yorkdan olan üzvü Peter Kinq isə Ərəbistanın İstanbul Baş Konsulluğunda yaşananları vəhşət adlandırıb.

“Səudiyyənin uydurma hekayələri ilə yola davam edə bilmərik. Onların bu günə qədər öhdəsindən gəlməyə çalışdığımız ən əxlaqsız hökumət olduğunu düşünürəm”, - Kinq qeyd edib.

Tarix
2018.10.22 / 13:56
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla