Yuxarı

Qonşuda prezident seçkilərində kim qalib gələcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Səsverməyə bir neçə gün qalmış ekspertlər 23 namizəddən kimin qalib gələcəyi barədə müxtəlif fikirlər irəli sürürlər.

Axar.az xəbər verir ki, ekspertlər əsas iki namizədin qələbə qazanacağına ümid edirlər.

Ekspertlərin fikrincə, seçkilərdə əsas mübarizə müstəqil namizəd, parlamentin deputatı, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili və sabiq xarici işlər naziri, əsas müxalifət partiyası “vahid Milli Hərəkat”ın namizədi Qriqol Vaşadze arasında olacaq. Hər iki namizəd seçki kampaniyasında öz platformalarını ortaya qoyub.

S.Zurabişvili seçicilərlə görüşdə hər bir vətəndaşın prezidenti olacağını, dövlət başçısı seçiləcəyi halda Prezident Administrasiyasının qapılarının vətəndaşlara açıq olacağını bildirib. O, əmək haqlarının, pensiyaların artırılacağı, vətəndaşların həyat səviyyəsinin yaxşılaşacağı barədə heç bir vəd verməyib.

Q.Vaşadze isə qalib gələcəyi halda pensiyaları 2 dəfə artıracağını, hüquq-mühafizə orqanları, hərbçilər, müəllimlər və həkimlərin əməkhaqlarını xeyli artıracağını vəd edib. O, həmçinin prezident seçildikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib.

Tarix
2018.10.22 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla