Yuxarı

Parlament yenə “sabotaj” etdi - İrəvanda növbəti gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə bu gün keçirilən səsvermə onu göstərdi ki, növbədənkənar parlament seçkiləri qaçılmazdır və bunsuz sonrakı addımlar qeyri-mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri Feysbuk hesabından birbaşa yayımda Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, parlament çoxluğu (Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyası nəzərdə tutulur – red.) və onun tərəfdarları yenə sabotaj siyasəti aparır.

“Onlar ümid edirlər ki, bu yolla parlament seçkilərində revanş əldə edəcəklər. Ancaq seçkilər hətta qüvvədə olan Seçki Məcəlləsi ilə keçirilsə, yenə də heç nə dəyişməyəcək, çünki xalqın qələbəsi qaçılmazdır. Keçmiş qayırmayacaq”.

O, Ermənistan vətəndaşlarını növbədənkənar seçkilərə hazırlaşmağa və son nəticəyə qədər hakimiyyəti dəyişdirməyə çağırıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti Seçki Məcəlləsində dəyişikliyi birinci oxunuşda qəbul etməyib. Belə ki, dəyişikliyə cəmi 58 deputat səs verib. Qanunun qəbulu üçün ən azı 63 səs lazımdır.

Tarix
2018.10.22 / 22:50
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla