Yuxarı

Rusiyadan rəsmi cavab: "Bu təhlükəli oyundur"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan rəsmi cavab: "Bu təhlükəli oyundur"

Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın hakimiyyətinin Abxaziya ilə bağlı bəyanatına münasibət bildirib.

Axar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, XİN Rusiyanın Abxaziyanı işğal etmədiyini bəyan edib.

Rusiya hökuməti Abxaziyanın işğal edildiyi barədə bəyanatın təhlükəli olduğunu, Cenevrə danışıqlarına mənfi təsir edə biləcəyini qeyd edib.

XİN-in açıqlamasında bildirilir ki, Abxaziya ilə 2008-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq əlaqələr inkişaf edir. Rusiya və Abxaziya arasında yeni əməkdaşlıq müqaviləsi ikitərəfli münasibətləri sistemləşdirir və yeniləyir.

Sonda qeyd edilir ki, Rusiya Federasiyası üçün hüquq bərabərliyi prinsipləri dəyişməz qalır, qarşılıqlı hörmət və dövlət müstəqilliyinin tanınması əsas götürülür.

Xatırladaq ki,18 oktyabrda Gürcüstanın Müdafiə naziri İrakli Alasaniya söz vermişdi ki, rəsmi Tiflis Rusiya və Abxaziya arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanmasına aqressiv xarici siyasətə keçməklə cavab verəcək. Həmçinin bəyanatda Abxaziya ilə imzalanan müqavilənin Rusiya-Gürcüstan əlaqələrinin yaxşılaşmasına mənfi təsir edəcəyi bildirilmişdi.

Tarix
2014.10.21 / 01:07
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla