Yuxarı

Markesin gizli vəzifəsi ortaya çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markesin gizli vəzifəsi ortaya çıxdı

Bu ilin aprelində vəfat edən Nobel laureatlı yazıçı Qabriel Qarsiya Markesin gizli vəzifəsi olub.

Axar.az xəbər verir ki, Markesin 90-cı illərdə Kuba və ABŞ arasında soyuqluğu aradan qaldırmaq üçün vasitəçilik edib. Amerikalı jurnalistlər Vilyam Qrande ilə Peter Kornbluhun "Kuba kanalına dönüş" adlı kitabında Markesin bu istiqamətdə fəaliyyətinə geniş yer verilib.

Kolumbiyalı yazıçı Markes 1994-cü ildə xüsusi təyyarə ilə ABŞ-a gələrək Klintonla görüşüb. Həyatı boyu sosializm ideologiyasına sadiq qalan Markes 1994-1998 illərdə ABŞ prezidenti Bill Klinton ilə yaxın dostu Kuba prezidenti Fidel Kastro arasında vasitəçilik edib.

Markesin bu vəzifəsi uzun illər ictimaiyyətdən gizlədilib.

Xatırladaq ki, 1994-cü ildə 72 kubalının boğularıq ölməsi və ABŞ-ın bunu gördüyü halda kömək etməməsi iki ölkə arasında gərginliyə səbəb olub. Fidel Kastro isə buna qarşılıq olaraq ABŞ ilə sərhədləri açıb və nəticədə minlərlə kubalı Amerikaya axın edib. Klinton bundan sonra kubalı qaçqınların həbs edilməsi qərarını verib. Nəticədə 32 mindən çox kubalı tutularaq Quantanamo həbsxanasına göndərilib.

Tarix
2014.10.21 / 18:47
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla