Yuxarı

Saakyan Muradı qovdu, yerinə Sərkisyanı gətirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan özünün xüsusi məsələlər üzrə nümayəndəsi Murad Petrosyanı vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, onun yerinə qondarma rejimin “fövqəladə vəziyyətlər üzrə dövlət xidməti”nin rəhbəri Karen Sərkisyan təyin edilib. Sərkisyanın vəzifəsi isə keçmiş “müdafiə naziri” Levon Mnatsakanyana həvalə edilib.

“168 Jam” qəzeti Saakyanın "kadr dəyişikliklərini" bitirmədiyi, yaxın zamanlarda daha bir neçə nəfəri də istefaya göndərəcəyini bildirib.

Qeyd edək ki, Mnatsakanyan dünən “müdafiə naziri” vəzifəsindən azad edilib. Onun yerinə “baş qərargah rəisi” Karen Abramyan təyin edilib. Abramyanın keçmiş vəzifəsi ilə Cəlal Arutyunyana verilib.

Levon Mnatskanyan 2015-ci ildə Qarabağa Movses Akopyanın yerinə göndərilib. Serj Sərkisyan sonradan Akopyanı baş qərargah rəisi edib. Mnatsakanyan Ermənistanda uzun illər ordunun təchizatına və ən gizli müqavilələrinə cavabdeh olub.

Murad Petrosyana isə əslən Qarabağdandır. Petrosyan ultrasağçı millətçilərdən sayılır. O, 80-ci illərdə Azərbaycan əleyhinə apardığı fəaliyyətlərə görə, daha dəqiq desək, Qarabağda ermənilər üçün silah gətirmək istərkən həbs edilib. Petrosyan Azərbaycana qarşı döyüşlərdə aktiv iştirak edib.

Tarix
2018.12.15 / 13:17
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla