Yuxarı

Qərbin Türkiyə qorxusu: ABŞ bölgədə kimləri “satdı”?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq qərarı bütün dünyada geniş müzakirə mövzusuna çevrilib. Fransanın “ABŞ-ın boşaltdığı ərazilərə yerləşmək” fikri isə burada Türkiyənin mümkün hərbi əməliyyatları zamanı iki ölkə arasında gərginlik ehtimalını gündəmə gətirib.

Axar.az xəbər verir ki, türk hərbi ekspert, ehtiyatda olan general Fəxri Ərənəl Trampın ani qərarından sonra bölgədəki minlərlə silahın aqibətinin, Türkiyə və Fransa arasında Suriyadakı münasibətlərin necə olacağı barədə fikirlərini bölüşüb.

Ərənəl hazırda Pentaqonun nəzarətində olan silahlı dəstələrin ABŞ ordusunun bölgədən çıxarılmasından sonra parçalanaraq hissə-hissə digər ərazilərə gedəcəyini bildirib.

“Bu ünsürlərin toplu şəkildə bir yerə göndərilməsindən söhbət gedə bilməz. Hissə-hissə müxtəlif ərazilərə səpələnə bilərlər. Bəziləri bölgədə təhlükəsizliyin qorunması üçün qala, bəziləri isə Suriya ordusuna qatıla bilər”, - Ərənəl deyib.

General həmçinin terrorçuların əlindəki külli miqdarda silahın aqibəti barədə də danışıb:

“ABŞ iri silahları bölgədən geri çəkəcək. Gecədən başlayaraq silahların ölkədən daşındığı məlumdur. Ancaq YPG-PYD üzvlərinin hamısından silahların alınması nə logistik, nə də maliyyə baxımından mümkündür. Bundan əlavə, terrorçular yalnız ABŞ istehsalı silahlardan da istifadə etmir. 6 fərqli mənbədən silah və ləvazimat aldıqlarını bilirik”.

Ərənəl ABŞ-ın bölgədən tamamilə çəkiləcəyinə inanmadığını, bu prosesin ordunun qismən ölkədən çıxarılması ilə məhdudlaşdırılacağını qeyd edib:

“Bölgədə 21 hərbi baza və 2 aviabazaya sahib bir ölkədən bəhs edirik. Tamamilə çıxacaqlarına inanmıram. Bölgədəki qruplaşmaları yoxlamaq və prosesin bundan sonrakı mərhələlərini idarə etmək üçün mütləq müəyyən sayda bir güc saxlayacaqlar”.

General fikirlərini bu cür qruplaşdırıb:

Bundan sonra ABŞ-a heç kim inanmayacaq

“Kürd birləşmələri Afrində yaşadıqlarını təkrar yaşamaq üzrədir. Yəni ABŞ-ın onları satdığına inanırlar. ABŞ bundan sonra dünyanın heç bir regionunda pulla belə özünə maşa olacaq qruplaşma tapmaya bilər”.

TSQ o silahların hamısını müsadirə edə bilər

“Bölgəyə bu günə qədər göndərilən silah və ləvazimatları TSQ müsadirə edə bilər. Afrində əməliyyatın ardından silahları müsadirə etdiyimiz kimi burada da eynisi ola bilər. Əlbəttə, bizim nəzarətimizə keçəndə silahların kimdən gəldiyini qəti şəkildə görmək mümkün olacaqdır”.

Fransa öz daxili problemlərini həll etsin

“Fransa hələ də “Sayks Pikot” müqaviləsinin arxasınca düşüb. Bəzi həqiqətləri qəbul etməlidir. Onların bölgədə aktiv olduğu vaxt 1917-1918-ci illərdə qaldı. Fransa əvvəlcə daxilindəki problemləri həll etməli, Malidəki problemləri sonlandırmalıdır. Malini itirmək üzrədilər, hər yerdə silahlı dəstələr peyda olub. Bu baxımdan Fransanın keçmişini də təmiz adlandırmaq olmaz”.

“Birdən Türkiyə ərazidən çıxmaz” fikri ən böyük qorxularıdır

“Bölgədə normalara uyğun olmadan mövcud olan tək ölkə ABŞ-dır. Ancaq bunu da qeyd etmək lazımdır ki. Tramp qoşunları Suriyadan çıxaracağını seçki kampaniyasından bu yana deyirdi. Sonuncu NATO zirvəsində ABŞ-ın Müdafiə naziri də bu tip açıqlama vermişdi. Bundan sonra Türkiyə, Rusiya, İran və dolayı yolla Suriya bölgənin gələcəyinə birlikdə qərar verəcəklər. Əlbəttə “ABŞ-dan boşalan ərazilərə Türkiyə hökm etsə nə olacaq?” sualı çox vacibdir. Çünki qarşı tərəfin ən çox çəkindiyi mövzu “birdən Türkiyə bu bölgəni alar və bir daha çıxmaz” mövzusudur”.

Tarix
2018.12.21 / 13:09
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla