Yuxarı

ABŞ Konqresi 200 il sonra vədini yerinə yetirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada doğulmuş Tereza Valkarze Kapitoli binasının böyük zalında Amerika inqilabının görkəmli xadimi, ispan Bernard de Qalvesin portretinin asılmasına nail olub.

Axar.az RİA Novostiyə istinadla xəbər verir ki, ABŞ Konqresi bunu düz 231 il əvvəl vəd etmişdi.

Qalves XVIII əsrdə Amerika inqilabı illərində müstəqillik əldə edən müstəmləkələrin britaniyalılardan müdafiəsində vuruşaraq şöhrət qazanmışdı. Hökumət Qalvesə minnətdarlığını bildirərək onu milli qəhrəman elan etmiş və hökumət binasında portretinin asılacağına söz vermişdi. Bu əhvalatı əvvəllər İspaniyada yaşamış Valkarzeyə anası danışmışdı. Qadın Konqresin vədini rəsmi şəkildə xatırladıb və ədalətin bərqərar edilməsinə nail olub.

Qeyd edək ki, Bernardo de Qalves hərbi lider, Luizianada və Kubada müstəmləkə inzibatçısı idi. O, Şimali Amerikanın 13 müstəmləkəsinin Britaniyaya qarşı mübarizəsində iştirak edib. Qalvesin hərbi uğurları sırasında 1781-ci ildə Pensakolan mühasirəsini və Floridanın zəbtini qeyd etmək olar. Texas ştatı sahillərindəki Qalveston adaları Qalvesin şərəfinə adlandırılıb.

Tarix
2014.10.31 / 20:17
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla