Yuxarı

Lukaşenko Putinə maraqlı hədiyyə gətirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko Putinə maraqlı hədiyyə gətirdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinə özünün becərdiyi kartofdan 4 kisə və yerli istehsal olan sala hədiyyə edib.

Axar.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont deyib.

“Belarus-1” kanalının bayram çəkilişinə qatılan Eysmont Lukaşenko və Putinin son görüşlərinə toxunub. Bu həftə Lukaşenko və Putin çərşənbə axşamı və şənbə günləri Moskvada görüşüb. Liderlər enerji resurslarının qiymətini, həmçinin İttifaq Dövləti çərçivəsində inteqrasiya məsələlərini müzakirə ediblər.

“Bildiyim qədər, Rusiya prezidenti salanı çox sevir, buna görə də Vladimir Qriqoryeviç ona Belarusun çox dadlı salasını gətirdi”.

Eysmont bildirib ki, kartof və salanın gətirilməsi təsadüfü deyil. Çünki ötən görüşdə Lukaşenko Putindən Belarusdan nə istədiyini soruşub. Putin isə bildirib: “Belarusdan nə xahiş etmək olar? Əlbəttə ki, kartof və sala”.

Eysmont həmçinin bildirib ki, Lukaşenko 6 dekabrda MDB ölkə başçılarının qeyri-rəsmi görüşündə onlara xüsusi əl işi olan yolka şarları hədiyyə edib:

“Administrasiya uzun müddət müxtəlif hədiyyələr üzərində düşündü. Nəhayət, MDB dövlət başçıları üçün unikal yolka şarı hazırlanmasına qərar verildi. İlkin variant Lukaşenkoya daha ağır idi, Lukaşenko onun çəkisini azaltmağı, daha yüngül və bayramsayağı etməyi tapşırdı”.

Tarix
2018.12.29 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla