Yuxarı

Buranın təhlükəsizliyini biz təmin etməliyik - Akar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəratın şərqindəki 440 kilometrlik sərhəd xəttində yaradılması nəzərdə tutulan təhlükəsizlik bölgəsində YPG terror təşkilatı olmamalı və bölgənin təhlükəsizliyi Türkiyə tərəfindən təmin edilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar müvəqqəti olaraq ABŞ müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahanla görüşü zamanı deyib. O bildirib ki, iki ölkə arasında ən böyük əngəllərdən biri PKK terror təşkilatıdır:

“Kürdlər bizim qardaşımızdır. Bizim tək hədəfimiz terrorçulardır. Bəziləri PKK-nı kürdlər olaraq xarakterizə edir. Bu son dərəcə səhvdir. Unudulmamalıdır ki, PKK və YPG eynidir. Buna görə, YPG terror təşkilatının bölgədən çıxarılması sərhədlərimizin və xalqımızın təhlükəsizliyi baxımından ən əhəmiyyətli məsələdir. Türkiyə cənub sərhədində terror dəhlizi yaradılmasına əsla icazə verməyəcək”.

Hulusi Akar Türkiyənin Qərbdən uzaqlaşması iddialarına isə, “Türkiyə Qərbdən uzaqlaşmadı, NATO da başda olmaqla, bütün məsuliyyətini tam şəkildə yerinə yetirməyə davam edir”, - deyə cavab verib.

Tarix
2019.02.16 / 23:26
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla