Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi
01:43
Ana səhifə Planet |
23 fevralda göndərilməsi nəzərdə tutulan humanitar yardımın qəbulundan öncə Braziliya ilə quru sərhədi tamamilə qapadılacaq.
Axar.az xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.
"21 fevralda Braziliya ilə quru sərhədi yeni elana qədər bağlanacaq", - deyə Maduro bildirib.
Dövlət başçısı Kolumbiya ilə də sərhədlərin bağlanacağını istisna etməyib.
Qeyd edək ki, bundan öncə Venesuela müxalifəti də humanitar yardımların 23 fevralda çatdırılacağını bəyan etmişdi.
Tarix
2019.02.22 / 00:14
|
Müəllif
Pərviz Həsənov
|