Yuxarı

NATO-dan Rusiyaya cavab: “Heç kim mane ola bilməz”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-dan Rusiyaya cavab: “Heç kim mane ola bilməz”

NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın NATO üzvü edilməyəcəyi mövzusunda zəmanət istəyən Rusiyaya sərt cavab verib.

Axar.az xəbər verir ki, Stoltenberq heç bir ölkənin NATO-nun genişlənməsinə əngəl ola bilməyəcəyini deyib:

"Heç bir üçüncü ölkə NATO-nun genişlənməsinə veto qoya bilməz".

NATO-nun Açıq qapı siyasətinin uğurlu olduğunu deyən Stoltenberq heç bir şəkildə belə bir zəmanət verə bilməyəcəklərini deyib:

"Hər bir müstəqil ölkənin hər hansı təhlükəsizlik razılaşmasının tərkib hissəsi olub-olmayacağını seçmək haqqı var. İstənilən ölkə NATO-ya qoşula bilər. Bu vəziyyətdə namizəd ölkələrin lazımi standartları və öhdəlikləri nəzərə alınacaq".

Ukraynanın bir müddət öncə hər hansı bir hərbi bloka daxil olmamaq qərarını hörmətlə qarşıladığını deyən Stoltenberq başçılıq etdiyi alyansın 2008-ci il Buxarest zirvəsində Ukrayna və Gürcüstanı nəzərə aldığını, vaxtı gəlincə təşkilata daxil edəcəklərini deyib.

Xatırladaq ki, Kreml sözçüsü Dmitri Peskov NATO-nun Rusiyaya Ukraynanın təşkilata qoşulmaması üçün zəmanət verməli olduğunu demişdi.

Tarix
2014.12.01 / 17:14
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

Ceyhun Bayramov Kiyevdəki səfirliyimizi ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla