Yuxarı

Suriya BMT-dən İsrailə qarşı sanksiyalar tələb etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya BMT-dən İsrailə qarşı sanksiyalar tələb etdi

Suriya XİN BMT baş katibinə və Təhlükəsizlk şurası sədrinə iki məktub göndərib.

Axar.az RİA Novostiyə istinadla bildirir ki, Suriya bu məktublarla dünən Dəməşqin iki rayonuna hava zərbələri endirən İsrailə qarşı sanksiyaların tətbiqini tələb edib.

Qeyd edək ki, dünən İsrail HHQ-si Dəməşq aeroportuna və şəhər ətrafına hava zərbələri endirib. Zərbələrin hədəfləri sırasında silah- sursat anbarı da olub. Məlumata görə, insan itkisi olmayıb. Suriya hava zərbələrini kəskin ittiham edərək bildirib ki, İsrailin bu hərəkətləri Suriya ordusunun terrorizmə qarşı müharibəsini dayandırmayacaq.

Suriya hökuməti İsraili dayandıracaq sanksiyaların tətbiq olunmasını tələb edib.

"İsrail Suriyanın bir sıra təşkilatlarına maddi ziyan vurmaqla ölkənin suverenliyinə qarşı dəhşətli cinayət işləyib", - Suriyanın САНА agentliyi nazirliyin bəyanatından sitat gətirir. XİN həmçinin bu kimi həmlələrin bir daha təkrarlanmaması üçün BMT nizamnaməsinə müvafiq şəkildə bütün prrosedurların tətbiq edilməsinə çağırıb.

Xatırladaq ki, 2011-ci ilin martından Suriyada davam edən hərbi münaqişə nəticəsində, BMT-nin məlumatına görə, 200 min insan həlak olub.

Tarix
2014.12.08 / 10:29
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla