Yuxarı

Ukrayna üçün son üç gün

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün son üç gün

Ukraynanın şərq vilayətləri Donetsk və Luqanskda hökumətə qarşı çıxan ruspərəst üsyançılarla danışıqlar təxirə salına bilər.

ANS press-in məlumatına görə, rəsmi Kiyevlə özlərini Donetsk Xalq Respublikası elan edən qurum təmsilçiləri arasında atəşkəsə dair görüşlər bu günə planlaşdırılmışdı. Lakin təmas qrupu növbəti dəfə görüşlərin vaxtını uzatmağa çalışıb. Donbas üsyançıları görüş vaxtının dekabrın 12-sinə keçirilməsini istəyib.

Ukrayna Prezidenti Pyotr Poroşenko danışıqlar ərəfəsində Xarkovda hərbi hissəyə səfər edib.

"Biz Minskdə əldə olunan razılaşmaya əsasən, ilk olaraq atəşin dayandırılmasını gözləyirik. Sükut günündən bir gün sonra münaqişə xəttindən ağır hərbi texnikanı 15 kilometrlik məsafəyədək kənarlaşdırmaq olar", - deyə Poroşenko bildirib.

Ukrayna hökuməti Rusiyaya qarşı təzyiq vasitəsi ilə Donbas regionunda nəzarəti bərpa etməyi planlaşdırır. Təmas qrupunun isə Minsk görüşündə əsas gözləntisi regiona xüsusi status verilməsi və iqtisadi blokadanın aradan qaldırılması olacaq.

Hazırda Ukrayna hökuməti Donetskdən kömür alış-verişini dayandırıb. İdxalın bərpa edilməsi Ukrayna hökuməti ilə qondarma Donetsk Xalq Respublikası arasında ilk rəsmi əlaqələrin başlanğıcı ola bilər.

Tarix
2014.12.09 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla