Yuxarı

“Nigeriya xəlifəsi”ndən 1 milyon adam qaçdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının qorxusundan qaçıb evlərini tərk edənlərin sayı 850 mini keçib.

Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Milli Fövqəladə Hallar Rəhbərliyi Agentliyi (NƏMƏ) koordinatorlarından Əbdülsəlam Məhəmməd Laqosda təşkil etdiyi mətbuat konfransında belə deyib:

"Evlərindən çıxanların bir hissəsi düşərgələrə, bir hissəsi də qonşu kəndlərə sığındığı üçün saylarını dəqiq bilmək çətindir. 31 düşərgədə 850 mindən çox insan var. Bu düşərgələrdən 20-si şimal-şərq əyalətlərində yerləşir. Köçkünlərin sayını müəyyənləşdirmək üçün işlər aparırıq".

Əbdülsəlam Məhəmməd açıqlamasına bunları da əlavə edib: "Kano, Abuja, Platiu və Nasarava əyalətlərinə qaçanları qurduğumuz düşərgələrdə bir yerə yığırıq. Beləcə həm saylarını, həm də ehtiyaclarını müəyyənləşdirəcəyik".

Ötən həftə verilən açıqlamaya görə, Boko Haram təşkilatının olduğu şimal-şərq əyalətlərində 1 milyondan çox adam evindən çıxıb.

Təxminən 160 milyon əhalisi olan Afrikanın ən böyük ölkəsi Nigeriyanın şimalında fəaliyyət göstərən Boko Haram terror qruplaşması keçən ay bəzi şəhərləri öz idarəsi altına alaraq həmin bölgələrdə "xəlifəlik" elan edib.

Tarix
2014.12.19 / 10:24
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla