Abşeronda əməliyyat: dəstə üzvləri saxlanıldı - Video
13:36
Ana səhifə Planet |
"Rusiya ənənəvi olaraq kürdlərlə birbaşa əlaqələr qurmaq əvəzinə bunu Türkiyə üzərindən edir".
Axar.az xəbər verir ki, bu sözləri "Kommersant" qəzetinə müsahibəsində Türkiyə Demokratik Xalq Partiyasının lideri Selahettin Demirtaş söyləyib.
O, Rusiyanın regiondakı hadisələrə aktiv qoşulmasının vacibliyini bildirib:
"Moskvanın kürd məsələsinə münasibəti indiyə kimi o qədər də diqqətli olmayıb. Mənə bir şey bəllidir ki, Rusiyanın bu problemə ümumilikdə münasibəti çox köhnəlib. Həmçinin regionda vəziyyət dəyişilib. Türkiyə hökumətinin də kürdlərə münasibəti dəyişib. Artıq Türkiyədə 20 aydır ki, barışıq prosesinə başlayıb. Mən hesab edirəm ki, bütün bunlara Rusiya Xarici İşlər naziri ilə görüşdə də toxunulacaq".
Tarix
2014.12.26 / 08:23
|
Müəllif
İlkin Həsənov
|