Yuxarı

Trampın Çinə jesti ilə bağlı Ağ Evdən - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Çinə jesti ilə bağlı Ağ Evdən - Açıqlama

ABŞ prezidentinin administrasiyası Amerika biznesinin Çinin “Huavey” kompaniyası ilə əməkdaşlığına qoyduğu qadağanı xeyli yumşaldıb.

Axar.az "Finənşl Tayms" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın ticarət naziri Uilbur Ross kompaniyalara milli təhlükəsizliyə təhdid yaratmadan öz məhsullarını Çinin telekommunikasiya avadanlığı istehsalçısına satmaq üçün lisenziya veriləcəyini deyib.

Lakin “Huavey” kompaniyası qara siyahıdan çıxarılmayacaq: onunla biznes əlaqələri qurmaq üçün Amerika kompaniyaları yenə də lisenziya almalı olacaq.

Birləşmiş Ştatların prezident administrasiyası güzəştlərin nə qədər davam edəcəyi barədə məlumat verməyərək, ABŞ-ın Çinlə danışıqlarda irəliləyişə nail olunmasa, “Huavey” kompaniyasına qarşı mövqeyini yenidən sərtləşdirə biləcəyinə işarə edib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huavey” kompaniyasını qara siyahıya salıb.

İki həftə öncə ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Szinpin arasında Osakada keçirilən görüşdə "Huavey"lə bağlı razılıq əldə olunub.

Tarix
2019.07.10 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla