Yuxarı

Köçəryana görə polis məhkəməni mühasirəyə aldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryana görə polis məhkəməni mühasirəyə aldı

Ermənistanın Konstitusiya Məhkəməsinin sabiq prezidenti Robert Köçəryanın həbsi ilə bağlı vəkillərin müraciətinə baxılması üzrə iclası keçirilib.

Axar.az xəbər verir ki, iclas zamanı məhkəmənin binası polis tərəfindən mühasirəyə alınıb.

Köçəryanın vəkili jurnalistlərə bildirib ki, məhkəmə sabiq prezidentin hüquqlarının pozulması faktını təsdiq edib. Lakin Konstitusiya Məhkəməsi onun əleyhinə müvafiq maddələrlə cinayət işinin başlanmasını ölkənin əsas qanununa uyğun olduğu qərarını çıxarıb. Söhbət yalnız sabiq prezidentə qarşı həbs qətimkan tədbirinin seçilməsindən gedir. Belə ki, hakim Qrayr Tovmasyan Köçəryanın həbsdə saxlanılması qərarını şübhə altına alıb.

Sabiq dövlət başçısının vəkili də bəyan edib ki, Köçəryanın həbsini nəzərdə tutan cinayət məcəlləsinin 35-ci maddəsi konstitusiyaya zidd hesab olunub. O əlavə edib ki, bu qərardan sonra birinci instansiya məhkəməsi sabiq prezidentə qarşı həbs qətimkan tədbirini ləğv edə bilər.

Tarix
2019.09.04 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla