Yuxarı

Azərbaycanın pulunu dünyaya “səpələyən” adam

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın pulunu dünyaya “səpələyən” adam

Bu gün Alfred Nobelin doğum günüdür. O, 1833–cü ilin bu günündə İsveçin paytaxtı Stolkhomda anadan olmuşdu. 1843 ci ildə atası Emanuel ailəsi ilə Sankt-Peterburqa köçüb. Uşaq vaxtlarından balaca Alfred professor N.N. Zinindən kimya elminin sirlərini öyrənir.

Onlar Kırım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Azərbaycana isə əvvəlcə qardaşlardan Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağaçı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir. Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırır. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər.

Lakin Rusiyada proletar iqnilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılırdı. İndi həmin pullardır ki, "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alımlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.

Alfred Nobel bədii yaradıcılıqla da məşğul olub. O, ölüm ayağında ""Nemezida" adlı yeganə faciə pyesi də yazıb.

Tarix
2013.10.21 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla