Yuxarı

Almaniya Türkiyəyə yaşıl işıq yandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya Türkiyəyə yaşıl işıq yandırdı

AB-ın İrlandiyanın başqanlığı dönəmində qəbul etdiyi, ancaq "Gəzi parkı" hadisələrinə görə açılmasını İrəliləmə hesabatı sonrasına saxladığı 22-ci maddənin (Regional siyasətlər və strukturların koordinasiyası) bu günkü - Litva başqanlığı dönəmində - açılımasının qarşısındakı Almaniya maneəsi aradan qalxdı.

Maddənin açılmasında "Gəzi parkı" olaylarında hökumətin aşırı şiddətə əl atması səbəbilə Almanyanın baş naziri Angel Markel etiraz etmişdi. Markelin bu mövqeyində AB naziri Egemen Bağışın onun haqqında verdiyi, "Sentyabrdakı seçkilərdən sonra Sarkozilə birlikdə balıq tutmağa gedəcəklər", - açıqlamasının da təsiri olmuşdur.

Almanyadakı seçkiləri böyük səs fərqi ilə qazanan Markelin baş nazir Rəcəb Tayyib Ərdoğanın İrəliləmə hesabatından öncə demokratikləşmə paketini açıqlamasını müsbət qarşıladığını və buna görə də 22-ci maddənin müzakirələrə başlamasına müsbət baxdığını bildirdi. "Der Spiegel" dərgisində yer alan xəbərə görə, Almanya Xarici İşlər naziri Guido Vestervelle bu gün və sabah keçiriləcək AB Xarici İşlər Nazirliyi toplantısında mövzunu gündəmə gətirəcək.

Seçkilərdə partiyası beş faizi keçə bilmədiyi üçün Federal Parlamentə girə bilməyən Vestervellenin gedər ayaq Türkiyəyə bir jest eləmək istədiyi, Markelin də demokratikləşmə paketini müsbət qarşıladığına görə bu jestə yaşıl işıq yandırdığını bildirdi.

Tarix
2013.10.21 / 10:07
Müəllif
Sona
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla