Yuxarı

Putin pıçıldadı: "Heç kimə demə" - ABŞ silkələndi/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin ötən gün amerikalı jurnalistlə etdiyi zarafat Vaşinqtonda təşvişə səbəb olub.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, NBC News telekanalının müxbri Kir Simmons “Rusiya energetika həftəsi” adlı forumda Putindən Rusiyanın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə planları haqda soruşub.

Putin amerikalı jurnalistə pıçıltı ilə deyib: “Sizə bir sirr açıram: bəli, hökmən bunu edəcəyik ki, sizi necə lazımsa əyləndirək. Amma bu haqda heç kimə deməyin. Yaxşı?”

Ardınca o, əlavə edib ki, Rusiya öz problemlərinin həlli ilə məşğuldur və başqa ölkələrin işlərinə qarışmaq niyyətində deyil. Hərçənd Putin istisna etməyib ki, ABŞ-da 2020-ci il prezident seçkiləri kampaniyasından sonra da Moskvanı müdaxilədə günahlandıranlar tapılacaq.

Lakin ABŞ Daxili Təhlükəsizlik Nazirliyində Putinin zarafatını zarafat kimi yox, ciddi qəbul ediblər və xaricdən yönələn istənilən təhdidi almağa hazır olduqlarını bildiriblər:

“Hökumətimizin əlində bunun (Rusiyanın müdaxiləsinin - red.) qarşısını almaq üçün bütün alətlər var”.

Qeyd edək ki, Rusiyanın 2016-cı il prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxiləsi ətrafında siyasi qalmaqal hələ də səngiməyib. Xüsusi prokurorun iki ilə yaxın apardığı təhqiqatda Trampın Rusiya ilə gizli işbirliyinə dair tutarlı sübutlar tapılmasa da, şübhələr qüvvəsində qalır.

Tarix
2019.10.03 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla